Fındıq

Fındıq

Azərbaycan dünyada fındıq becərilməsi üçün münbit hava şəraitinə malik olan azsaylı ölkələrdən biri kimi tanınır. Əsasən ölkənin şimal regionları üçün spesifik sayılan məhsul iyul ayının sonlarına qədər artıq tam yetişir və avqustun ortalarından sentyabrın ortalarına qədər olan dövr fındığın yığım prosesini təşkil edir. Hal-hazırda Azərbaycandan Almaniya, İspaniya, İtaliya, Rusiya və Ukrayna kimi Avropa və MDB ölkələrinə həm qabıqlı, həm də istehsal olunmuş müxtəlif fındıq məhsulları ixrac olunur. Əlavə olaraq, Yaxın Şərq ölkələri Azərbaycan fındığı üçün potensial bazar olaraq mühüm əhəmiyyət daşıyır. 2015-ci ildə yerli tələbat tam ödənilərək, 12 mindən çox fındıq ixracı qeydə alınmışdır. Yeni texnologiyaların tətbiqi və həyata keçirilən islahatlar nəticəsində bu sahə inkişaf etmiş və Azərbaycan fındıq istehsalı üzrə aparıcı top 5 ölkə sırasına daxil edilmişdir.