Xəbərlər

Xarici ölkələrdə sertifikat və patentlərin alınması

Xarici ölkələrdə Azərbaycan mənşəli qeyri-neft məhsulları üçün sertifikat və patentlərin alınmasına, həmçinin əmtəə nişanlarının qeydiyyatına dövlət büdcəsi hesabına dəstək məbləğinin ödənilməsi yerli məhsullarının “Made in Azerbaijan” brendi altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, həmçinin əmtəə nişanlarının qeydiyyatına görə ödənilən məbləğ qeyd olunan işlərlə bağlı son 6 ay ərzində çəkilən xərclərin 50%-ni (maksimum 5000 AZN) təşkil edir.

Bu dəstək tədbirindən yararlanmaq istəyən ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Sertifikat və patentlərin alınması üçün xarici ölkələr, məhsullar və həmin məhsullar üzrə sertifikatların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Müsbət cavab almış ixracatçılar sertifikat və ya patent aldıqdan sonra dəstək məbləğini almaq üçün 30 iş günü müddətində müvafiq ərizə ilə təkrar müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

“İnzibati İcraat Haqqında” Qanuna əsasən ərizə və sənədlərə 30 iş günü müddətində baxılır. Aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə ilk 5 iş günü ərzində ərizəçiyə məlumat verilir. Ərizəçi bu çatışmazlıqları növbəti 10 iş günü ərzində aradan qaldırılır və sonra sənədlərə baxış yenidən davam etdirilir.

Dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi təqdirdə 20 iş günü ərzində vəsait milli valyutada müraciət edən şəxsin bank hesabına köçürülür.

Qeyd! Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.