Xəbərlər

“Beynəlxalq sertifikat”ın alınması

Xarici ölkələrdə Azərbaycan mənşəli qeyri-neft məhsulları üçün beynəlxalq sertifikatın alınmasına dövlət büdcəsi hesabına dəstək məbləğinin ödənilməsi yerli məhsullarının “Made in Azerbaijan” brendi altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirirlər. Beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini (60 000 (altmış min) manatdan artıq olmamaqla) təşkil edir.

Bu dəstək tədbirindən yararlanmaq istəyən ixracatçılar müsabiqə əsasında seçilir və hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan verilir və müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.

Nəzərdə tutulmuş dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər.

Qeyd! Nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını Nazirlik müəyyən edir və özünün rəsmi internet saytında yerləşdirir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Nəzərdə tutulmuş dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq Nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri Nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.

Aşağıdakı sənədlər iddiaçı tərəfindən müsabiqənin təşkilatçısına şəxsən göstərilən müvafiq ünvana təqdim edilir:

 Qeyd! Ərizə və sənədlər qeyd olunan ünvan üzrə birbaşa AZPROMO-ya təqdim olunmalıdır: Bakı şəh., Neftçilər pr.32, Bakı Biznes Mərkəzi, AZ1000.