Xəbərlər

Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili

Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirir.
Hər alıcı missiyasının müddəti 6 (altı) gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 (on) nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.
Təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən (iyirmidən) çox ola bilməz.
Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin edilir.
​Alıcı missiyasında iştirak edəcək xarici şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara uyğun olaraq müəyyən edilir.