Xəbərlər

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və “Duty Free”lərdə “Made in Azerbaijan” rəflərinin təşkili

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və “Duty Free”lərdə “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan mağazaların və “Duty Free”lərin, həmçinin həmin rəflərdə yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilərək elan edilir.

Bu dəstək tədbiri çərçivəsində yerlərin icarəsi və idarə olunması, məhsulların daşınması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün xərclər dövlət büdcəsi hesabına ödənilir.

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalar və “Duty Free”lər aşağıdakı meyarlar üzrə müəyyənləşdirilirlər:

1 təqvim ili ərzində “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan mağazaların və “Duty Free”lərin sayı 2-dən artıq ola bilməz.

Rəflərdə məhsulları yerləşdiriləcək ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! Mağazaların, “Duty Free”lərin və məhsulların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar. 

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.