Xəbərlər

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də təbliğat

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də “Made in  Azerbaijan” brendinin təbliği yerli qeyri-neft məhsullarının vahid ad altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbiri çərçivəsində ödənilən dəstək məbləğinə reklam kampaniyalarının aparılması ilə bağlı xərclər daxildir.

“Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və KİV qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı meyarlar əsasında müəyyən edilir:

Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də məhsulları təbliğ olunacaq ixracatçılar müsabiqə əsasında seçilir və müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Qeyd! “Made in Azerbaijan” brendinin təşviq ediləcəyi xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər, KİV-in adı, təbliğat növü, reklam olunacaq məhsulların siyahısı müsabiqə elanında göstərilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.