Xəbərlər

Tədqiqat-inkişaf proqram və layihələri

İxracyönümlü yeni məhsulun və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi, habelə mövcud məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılması məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbirinə görə ödənilən məbləğ çəkilən xərclərin 50%-ni (1 layihə üzrə maksimum 100 000 AZN) təşkil edir. 1 il ərzində 10 tədqiqat-inkişaf proqramı keçirilə bilər.

Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

Ixracatçıların seçimi ilə bağlı müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

İxracatçıların sifarişləri aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur və tədqiqat-inkişaf proqramı həyata keçirilir.