Xəbərlər

İxrac missiyaları

İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Səfər olunan ölkələr və səfərlərin tarixi qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur.

4 gün davam edən bir səfərdə maksimum 20 ixracatçı iştirak edir və hər ixracatçı yalnız 1 nümayəndə ilə təmsil olunur.

Səfər ilə bağlı təşkilatı işlər (mehmanxana, nəqliyyat, işgüzar görüşlər üçün məkanın və avadanlıqların icarəsi, tərcümə xidmətləri) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Hər növbəti ixrac missiyasına ərizə qəbulunun başlanması ilə bağlı elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası missiyada iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər missiyada iştirak etmək hüququ qazanırlar.

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.