Xəbərlər

İxracla əlaqəli beynəlxalq sertifikatın alınmasına dəstək göstərilməsi məqsədi ilə ixracatçıların sifarişlərinin qəbulu üzrə müsabiqə elan olunur!

İxracatçıların nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq sertifikatın alınmasına dəstək məqsədi ilə ixracatçılardan sifarişlərin qəbulunu elan edir.  
Beynəlxalq sertifikatın alınmasına dəstək tədbiri ilə bağlı ixracatçıların seçilməsi zamanı alınmasına dəstək verilən beynəlxalq sertifikatların Siyahısı təqdim olunur.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 15 may 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

Sertifikatın əldə edilməsində iştirak üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

 

Sənədlər aşağıdakı ünvan üzrə 30 aprel 2019-cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:
Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az