Xəbərlər

4-cü “DOMOTEX Turkey” xalça sərgisi təşkil olunacaq

22-25 may 2017-ci il tarixlərində Türkiyədə 4-cü “DOMOTEX Turkey” xalça sərgisi təşkil olunacaqdır. Sərgi çərçivəsində yun, ipək, kaşmir, bambuk və digər müxtəlif materiallardan hazırlanmış müasir və ya ənənəvi xalçaların nümayişi təşkil olunacaqdır. Ötən ildə sərgiyə Belçika, Çin, Fransa, Almaniya, İran, Hindistan, İordaniya, Hollandiya və Özbəkistan kimi ölkələrdən maraq göstərilmişdir.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.
Sərgi haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçiddən www.domotexturkey.com/en istifadə edə bilərsiniz.