Xəbərlər

Dəkkədə “DITF 2017” Sərgisi keçiriləcəkdir

Banqladeş Xalq Respublikasının Kommersiya Nazirliyi və İxracın Təşviqi Bürosunun birgə təşkilatçılığı ilə 1-31 yanvar 2017-ci il tarixlərində Dəkkə şəhərində “22-ci Beynəlxalq Dəkkə Ticarət Sərgisi 2017” (DITF) keçiriləcəkdir.
Sərgidə tekstil, geyimlər, dəri və dəri məmulatları, ayaq geyimləri, müxtəlif avadanlıqlar, əczaçılıq məhsulları, xalçalar, kimya, kosmetik, süd, ərzaq məhsulları, elektrik avadanlıqlar, hədiyyələr, əl işləri, məişət avadanlıqları, mebel, idman malları, oyuncaqlar, saatlar, plastik məhsullar, zinət əşyaları və başqaları nümayiş olunacaqdır.
Əlavə məlumat almaq istəyənlər qeyd olunan keçiddən istifadə edə bilərlər: www.ditf-epb.gov.bd