Xəbərlər

“INDIASOFT 2017” keçiriləcəkdir

Hindistanın Elektronika və Proqram Təminatı İxracının Təşviqi Şurası 2017-ci ilin 13-14 fevral tarixlərində INDIASOFT adlı 17-ci beynəlxalq İT Tədbirini keçirəcəkdir.
Tədbirin iştirakçılarının Hindistanın İT mütəxəssisləri ilə yanaşı, 65 ölkədən gələn 350-dən çox xarici alıcı ilə əməkdaşlıq etmək imkanı olacaqdır.
İştirak etmək istəyən şəxslər əlavə məlumatı rəsmi internet səhifədən ala bilərlər: www.indiasoft.org