Xəbərlər

“Tavriysk Üfüqləri 2016” forumu keçiriləcəkdir

Cari ilin 30 sentyabr - 1 oktyabr tarixlərində Ukraynanın Xerson vilayətinin Novaya Kaxovka şəhərində “Tavriysk Üfüqləri 2016: əməkdaşlıq, investisiyalar, iqtisadi inkişaf” IX Beynəlxalq İnvestisiya Forumu baş tutacaqdır.
Forum çərçivəsində turizm, nəqliyyat, aqro-biznes, sənaye, inşaat, enerji effektivliyi sahələrində boş investisiya meydançaları daxil olmaqla, Ukraynanın böyük sənaye regionu olan Xerson vilayətinin əlverişli investisiya imkanları təqdim olunacaqdır. Tədbirdə yerli investorlarla yanaşı, Çin, İtaliya, Fransa, İran və bir sıra digər ölkələrdən işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər.
Forumda iştirak etmək istəyən şəxslər əlavə məlumatı aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə etməklə ala bilərlər:
Tel: +380552225768/262256
Email: info@tavrianhorizons.in.ua
İnternet səhifə: www.tavrianhorizons.in.ua