News

"Direct İmported Goods" ("DİG") marketlər şəbəkəsində təşkil olunacaq “Made in Azerbaijan” rəflərində yerli məhsulların yerləşdirilməsi üçün sənəd qəbulu elan olunur!

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən "Direct İmported Goods" ("DİG") marketlər şəbəkəsində təşkil olunacaq “Made in Azerbaijan” rəflərində yerli məhsulların yerləşdirilməsi məqsədilə ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Sahələr:

Rəflərdə məhsulları yerləşdiriləcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
İştirakçıların sayı: 20
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 oktyabr 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

Rəflərdə məhsulları yerləşdiriləcək ixracatçıların seçilməsi üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Hər seçilən şirkət tərəfindən 200 litrdən az olmayaraq məhsul təmin edilməlidir.
Sənədlər aşağıdakı ünvan üzrə 27 sentyabr 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az