Şərtlər və Qaydaları

Portaldan istifadə qaydaları:

  1. Portal vasitəsilə qeydiyyatdan keçərkən hər bir istifadəçi tərəfindən sistemə daxil edilmiş bütün növ məlumatların doğruluğuna görə məsuliyyəti yalnız istifadəçi daşıyır.
  2. İstifadəçi tərəfindən sistemə daxil ediləcək məlumatlar dəqiq və anlaşıqlı olmaqla yanaşı birbaşa sahibkarlıq subyektinin fəaliyyət sahəsini hazırkı istehsal və ixrac potensialına uyğun şəkildə özündə əks etdirməlidir.
  3. Tərəfinizdən sistemə daxil edilmiş məlumatlara müdaxilə halları ilə rastlaşdığınız təqdirdə bu barədə dərhal portalın inzibatçısına məlumat verilməlidir.
  4. Portal inzibatçısı sistemə daxil edilmiş məlumatların doğruluğunun təsdiq edilməsi məqsədilə ona dair təsdiqedici sənədin surətini tələb etmək hüququna malikdir.

Portalda qadağan olunmuş hərəkətlər:

  1. Başqa şəxslərin və ya hər hansı şirkətin adından çıxış edərək özünü həmin şirkətin nümayəndəsi kimi təqdim etmək;
  2. Qeyri-dəqiq, yalançı, çaşdırıcı xarakterli məlumatlar yerləşdirməklə portalın normal fəaliyyətinə mane olmaq;
  3. Saytda qeydiyyatdan keçmiş şirkətin məlumatlarını mənimsəyərək onunla eynilik təşkil edən məlumatların yerləşdirilməsi;
  4. Qeydiyyat zamanı yalnış məlumatlar daxil edilərək başqalarına məxsus fotoşəkillərdən istifadə etməklə digər şirkətin fəaliyyətinə mane olmaq;
  5. Portalın iş prinsipinə mane olacaq vasitələrdən istifadə etmək.